Bazar, 28 Aprel

“Gender bərabərliyini təbii axara buraxmaq lazımdır” - Siyavuş Novruzov

image

"Gender problemi təkcə Azərbaycanda deyil, dünyada ən aktual problemlərdən biridir. Buna yanaşmalar da fərqlidir. Hesab edirəm ki, inzibati tədbirlər formasındansa, təbii yolla seçim daha məqsədəuyğundur”.

Xəbər verilir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, indi belə şərt qoyulur ki, icra başçısının müavinlərindən biri xanım olsun: “Bəlkə elə rayon olacaq ki, icra başçısının üç müavini xanım olacaq və ya bəlkə icra başçısının özü xanım oldu. Bu məsələlərin həllini təbii axara buraxmalıdır”.

Siyavuş Novruzov bildirib ki, Bakı, Sumqayıt və Gəncə şəhərini çıxmaqla digər rayon və kəndlərdə bələdiyyə seçkiləri zamanı qadın namizədlərin sayı çox olmayıb: “Üstəlik namizəd olan qadınlar fotolarını yaymır ki, həyat yoldaşı icazə vermir. Məncə, bu problemləri zamanla həll edilməlidir. Əks halda bunu inzibati üsullarla yoluna qoymaq çətinlik yaradacaq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39