Bazar ertəsi, 29 Aprel

Yeni islahatlar paketinin başlanğıcı – ŞƏRH

image

Ekspertlər deyirlər ki, 2022-ci maliyyə ili üçün dayanıqlı iqtisadi təminatlar yaranıb. Cənab Prezident tərəfindən imzalanmış sərəncamlar sosial paketin mühüm tərkib hissəsidir.
 
Dövlətin əsas funksiyalarından biri əhalinin sosial müdafiəsinin təşkili və daxili siyasətin sosial yönümlü olmasının ön planda saxlanılmasıdır. Azərbaycanda dövlət siyasətinin mərkəzində də məhz vətəndaş və onun rifahı dayanır. Dünyanın əksər ölkələri yeni növ koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərindən hələ də özünə gələ bilmədiyi bir vaxtda, Azərbaycanda minimum əməkhaqqının və müxtəlif sahələrdə çalışanların əmək haqlarının artırılması bunu sübut edir.

Məlum olduğu kimi, bu günlərdə Prezident İlham Əliyev minimum əməkhaqqı və dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əməkhaqlarının artırılması haqqında sərəncamlar imzalayıb. Bu sərəncamlarla əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqlarla yanaşı, digər bir sıra kateqoriyalara yönələn müavinətlər də əhəmiyyətli şəkildə artırılıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39