Bazar, 28 Aprel

ÜST: Dünya 2022-ci ildəCOVID-19 pandemiyasına son qoya bilər

image

Dünya ictimaiyyəti 2022-ci ildə COVID-19 pandemiyasına son qoya bilər.

Xəbər verilir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adanom Qebreyesus bildirib. ÜST rəhbəri bəşəriyyətin virusla mübarizə aparmaq üçün birlikdə hərəkət etməli olduğunu vurğulayıb.

“Bütün ölkələrin birlikdə çalışaraq 2022-ci ilin ortalarına qədər dünya əhalisinin 70%-ini peyvənd etmək kimi qlobal məqsədə çatması vacibdir. Hökumətlərin heç bir qınaqdan qorxmadan virusun variantlarının yoxlanılması və hesabatı daxil olmaqla, məqsədyönlü sağlamlıq və sosial rifah tədbirlərini həyata keçirməyə davam etməsi zəruridir”, – ÜST-ün baş direktoru bildirib.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 280 milyona çatır. Virusun yayılmasından indiyədək 5 milyon 396 min 885 nəfər dünyasını dəyişib.

Dünyada yoluxma üzrə birinci və ikinci yerləri ABŞ və Hindistan bölüşür.

Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Lakin pandemiya ərzində Çində koronavirusa ümumilikdə 100 386 insan yoluxub, 4 636 nəfər ölüb.

Xatırladaq ki, Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39