Bazar ertəsi, 29 Aprel

Bakıda sosial şəbəkə istifadəçilərini şantaj edən şəxs həbs edilib – FOTO

image

Sosial şəbəkələrdə bir çox insanın şəxsi foto və videogörüntülərini ələ keçirərək onlardan pul tələb edən şəxs müəyyən edilib.

Xəbər verilir ki, prokurorluq və polis əməkdaşları tərəfindən keçirilən əməliyyatla sosial şəbəkə istifadəçilərini şantaj edən Bakı şəhər sakini Kamran İsgəndərov saxlanılıb.

K.İsgəndərov barəsində Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılaraq, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Faktı Baş Prokurorluğun Mətbuat Xidmətindən təsdiq ediblər.

Qeyd edək ki, prokurorluq və polis əməkdaşları tərəfindən sosial şəbəkələrdə bu kimi qanunsuz hərəkətlərə yol verən şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39