Şənbə, 27 Aprel

“Rusiya tamamilə demokratik ölkədir, əksini deyənlər bizi tanımır” - Peskov

image

“Rusiya tamamilə demokratik ölkədir və bunun əksini söyləyənlər rus həyatının xüsusiyyətlərini bilmirlər”.

Xəbər verilir ki, bunu Rusiya  Prezidentinin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” telekanalının efirində deyib.

Peskov “Moskva. Kreml. Putin” proqramına müsahibəsində Vladimir Solovyovun suallarını cavablandırıb.

"Rusiya həqiqətən güclü, çox qürurlu və çox azad insanların yaşadığı tamamilə demokratik ölkədir. Əgər kimsə bunun əksini deyirsə, o, sadəcə olaraq bizim ölkəmizi bilmir və anlamır", - Peskov bildirib.

Aparıcının Rusiyanın diktatura, yoxsa demokratiya olması sualını şərh edən Kreml sözçüsü vurğulayıb ki, bu, ilk növbədə, suveren dövlətdir:

“Biz Rusiya Federasiyasıyıq, biz suveren dövlətik. Prezident Vladimir Putinin əlində nə çox, nə də az Rusiyanın Konstitusiyasında nəzərdə tutulan hakimiyyət cəmləşib", - o deyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39