Bazar, 28 Aprel

Yasdan çıxıb toya gedən azərbaycanlılar: Xeyirlə şər qardaşdır?

image

İnsan ölümü əvvəllər təkcə mərhumun ailə üzvləri və yaxınları deyil, iş yoldaşları, uzaq tanışlar tərəfindən də faciə ilə qarşılanırdı. Əksər hallarda mərhumun oğlanları və digər yaxın qohumları 40 gün saqqal saxlayır, toya, şadlıq məclislərinə getməz, hətta öz övladları üçün ən azı 1 il toy etməzdilər. Bu sıraya televizor işlətməmək də daxil idi. İndi isə fərqli vəziyyət müşahidə edirik. Yasdan çıxıb, toya gedənlərlə də tez-tez qarşılaşırıq. Saqqal saxlamaq, televizoru qapalı tutmaq kimi adətlər çoxdan unudulub.

Buna səbəb nədir? Ölüm adiləşib,yoxsa insanlar müasirləşib? 

Yazıçı Seyran Səxavət açıqlamasında deyib ki, bunun cavabı çox qısadır:

“Ölüm adiləşib, insanlar da pis mənada müasirləşib. Bundan dəqiq, sərbəst cavab ola bilməz. İnsanlar ölümə “Sabahın, aqibətin xeyir” kimi baxırlar. Müasirləşmə ona görə pisdir ki, onlar üçün insanın bu gün var olub, sabah olmamasının heç bir önəmi yoxdur. Bu istiqamətdə müasirləşiblər”. 

Psixoloq Elnur Rüstəmov isə bu gün insanlar arasındakı münasibətlərin daha çox hüquqi normalarla tənzimlədiyini deyib:

“20-30 il bundan əvvəl cəmiyyətdə insanlar arasındakı münasibətlər daha çox adət-ənənələrlə tənzimlənirdi. İnformasiya əsrində insanlararası münasibətlərdə adət-ənənələr, dini normalar arxa plana keçib. Bu gün insan ölümü cəmiyyətdə az qala sıradan bir statistikaya çevrilib”.

Psixoloqun sözlərinə görə, şəhərləşmə olmayan köhnə adətlər hələ də mövcuddur:

“Şəhərləşmə olan yerlərdə insanlararası münasibətlər daha çox hüquqi normalarla tənzimlənir. Bu da yeni dövrün yanaşma modeli, dövrün ortaya qoyduğu məqamlardır. Görünən odur ki, bu proses eyni şəkildə davam edəcək. Ən böyük problemimiz doğmalar arasında soyuq münasibətdir. Bütün bunların fonunda insani münasibətlər, bəşəri dəyərlər və köklü adət-ənənələrin qorunub saxlanması yaxşı olardı”.

E.Rüstəmov qeyd edib ki, müasirlik tarixi köklərə əsaslanmırsa, məqbul hesab oluna bilməz:

“Bundan sonraki prosesdə bunları nəzərə almalıyıq. İnkişafı milli-mənəvi dəyərlər üzərində formalaşdırmalıyıq. Avropa ölkələri öz dəyərlərini, tarixini, dinini, qan yaddaşını qoruyub saxamağa çalışır. Lakin Azərbaycan bütün bunlar unudulmağa doğru gedir”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39