Bazar ertəsi, 20 May

1 milyondan çox “AstraZeneca” peyvəndi məhv edildi

image

Nigeriya hökuməti COVID-19-la mübarizə çərçivəsində ölkəyə göndərilən 1 milyondan çox vaxtı keçmiş “AstraZeneca” peyvəndini məhv edib.

Xəbər verilir ki, bunu Nigeriyanın Milli Qida, Dərman İdarəetmə və Nəzarət Mərkəzinin (NAFDAC) direktoru Mojisola Adeyeye açıqlayıb.

O, 11-19 oktyabr tarixlərində ölkəyə göndərilən 2,6 milyon doza “AstraZeneca” peyvəndinin çoxunun istifadə müddətini keçdiyini bildirib: “Ölkədə istifadə müddəti bitmiş “AstraZeneca” peyvəndinin 1 milyon 66 min dozası məhv edildi. Bir neçə sınaqdan sonra peyvəndin məhv edilməsinə qərar verildi”.

Nigeriya Milli Sağlamlıq Xidmətləri Agentliyinin (NPHCDA) direktoru Faisal Shuaib açıqlamasında, hökumətin istifadə müddəti qısa olan peyvəndləri artıq qəbul etməyəcəyini deyib.

Nigeriyanın Səhiyyə naziri Osagie Ehanire keçən ay vətəndaşlara bir milyona yaxın köhnəlmiş COVID-19 peyvəndi tətbiq edildiyi iddialarını təkzib edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41