Çərşənbə, 26 İyun

Məhkəmə Aleyna Tilkinin həbsi ilə bağlı qərar verdi

image

Türkiyənin Qaziosmanpaşa Asliye Cəza Məhkəməsi müğənni Aleyna Tilkinin 5 ay müddətinə həbs edilməsi barədə qərar verib.

Xəbər verilir ki, buna səbəb müğənninin ötən il hava limanında mühafizəçini təhqir etməsi olub.

Məhkəmə qərarı ilə təqsirləndirilən Aleyna Tilki vəzifə başında olan dövlət məmurunu təhqir etmək ittihamı ilə həmçinin 7080 Türkiyə lirəsi məbləğində də cərimələnib.

Qeyd edək ki, ötən il Aleyna Tilki Neslihan Ö. adlı mühafizəçini təhqir etmişdi. O, mühafizəçiyə, “Sən kimsən, polissən? Səni tapıb məhv edəcəyəm, axmaqsan? Sənə görə təyyarəyə gecikəcəyəm”, - deyə bildirmişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14
image

Təkliyin insana 5 faydası

  • 24.06.2024 - 12:39