Bazar ertəsi, 29 Aprel

Blinken Türkiyənin təklifini dəstəklədi

image

ABŞ dövlət katibi Entoni Blinken Ermənistan-Türkiyə münasibətlərinin normallaşması prosesini dəstəklədiyini bildirib.

Xəbər verilir ki, bu barədə Blinken öz "Twitter" hesabında yazıb.

“Biz Ermənistan Xarici İşlər Nazirliyinin və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun münasibətlərin normallaşdırılması prosesinin müzakirəsi ilə bağlı bəyanatlarını alqışlayır və qətiyyətlə dəstəkləyirik”.

Bundan əvvəl Ermənistan Xarici İşlər Nazirliyi bəyan edib ki, Ermənistan əvvəllər olduğu kimi, indi də Ermənistan hökumətinin proqramında qeyd olunan ilkin şərt olmadan Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə hazırdır.

“Bu baxımdan, biz Türkiyənin xarici işlər nazirinin münasibətlərin normallaşdırılması üçün xüsusi nümayəndənin təyin edilməsi ilə bağlı bəyanatını alqışlayırıq. Biz təsdiq edirik ki, Ermənistan tərəfi də bu dialoqun aparılması üçün xüsusi nümayəndə təyin edəcək”, - deyə Ermənistan XİN-in mətbuat katibi Vaan Unanyan qeyd edib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55