Bazar ertəsi, 29 Aprel

Semyon Peqov Moldovada saxlanılıb

image

Rusiyalı “jurnalist” Semyon Peqov Moldova xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən Kişinyov aeroportunda saxlanılıb.

Xəbər verilir ki, bu barədə RİA “Novosti” Rusiya Dövlət Dumasının deputatı Artyom Turova istinadən məlumat yayıb.

Moskvaya uçmağa hazırlaşan Peqov bir saatdan çox saxlanılıb, onun üzərində axtarış aparılıb, telefonu və noutbuku ətraflı araşdırılıb, daha sonra isə sərbəst buraxılıb.

Qeyd edək ki, Semyon Peqov postsovet məkanında mövcud münaqişə zonalarında cərəyan edən prosesləri təhrif edərək işıqlandıran və müəyyən qüvvələr tərəfindən informasiya müharibəsi aləti kimi istifadə edilən “WarGonzo” layihəsinin yaradıcısıdır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39