Çərşənbə axşamı, 21 May

Yardımlıda İran-Azərbaycan yeni gömrük keçid məntəqəsi açıılacaq? - RƏSMİ CAVAB

image

Yardımlı rayonu ərazisində İran-Azərbaycan yeni gömrük keçid məntəqəsinin açılması ilə bağlı hal-hazırda layihəmiz yoxdur.

Xəbər verilir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

“Belə müzakirələr də getmir. Cənub istiqamətində, İranla bizim kifayət qədər qapımız var. Elə bir məsələ olarsa, hökumət səviyyəsində müzakirə olunur. Biz icraedici orqanıq. Hər hansı qaçaqmalçılıq faktı, yayınma hallarının qarşısının alınması məqsədilə elektron idarəatmə sistemləri, eletron ticarət bəyannamələri qəbul olunub.

Böyük bir baza yaranıb və həm ölkənin statistik bazası, eyni zamanda elektron ticarət dövriyyəsinin nə olduğunu biz nəzarətə götürə bilmişik”, - S. Mehdiyev deyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41