Cümə, 10 May

Rusiya bioloji hücum planlaşdırılır

image

“Kommersant” qəzetinə müsahibə verən Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev ABŞ-ın müxtəlif ölkələrdə məxfi bioloji laboratoriyalar quraşdırmasından danışıb. 

Xəbər verilir ki, Rusiya TŞ katibi ABŞ-ın xüsusilə Çin və Rusiya ilə həmsərhəd bölgələrdə biolaboratoriyalar yaratdığını bildirib və bunun təsadüfi olmadığını qeyd edib: “Dünyada ABŞ-ın nəzarətində olan biolaboratoriyalar durmadan çoxalır, özü də maraqlı təsadüf nəticəsində xüsusilə Rusiya və Çinlə sərhədlərdə.

Onlar əmin edirlər ki, bunlar amerikalıların yerli alimlərə təhlükəli xəstəliklərə qarşı mübarizə aparmaq üçün yardım etdikləri araşdırma mərkəzləridir. Bu obyektlərin yerləşdiyi ölkələrin rəhbərləri isə həmin obyektlərdə nələr baş verdiyi barədə real təsəvvürə malik deyillər.”

Patruşev əlavə edib ki, bu laboratoriyalar ABŞ-dakı hərbi bioloji laboratoriyalara daha çox bənzəyir. Və bunun nəticəsidir ki, onların yerləşdikləri ərazilərdə həmin regionlara xas olmayan xəstəliklərin çoxalmasına rast gəlinir. Jurnalistin “amerikalıların orada bioloji silah hazırladıqlarını demək istəyirsiniz?” sualına cavab olaraq, Patruşev deyib: “Bizim bunu deməyimiz üçün əsaslı səbəblər var”. 

Qeyd edək ki, vaxtaşırı olaraq, Rusiya mətbuatında Gürcüstan, Özbəkistan, Ukrayna, Ermənistan, Moldova kimi ölkələrdə ABŞ-ın hərbi biolaboratoriyalarının mövcudluğu barədə məlumatlar yayılır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32