Bazar, 28 Aprel

Paşinyan Papikyanı Müdafiə Nazirliyinə generalları qovmaq üçün göndərib

image

Ermənistanda ötən gün müdafiə naziri təyin olunan Suren Papikyanın bu vəzifədə müvəqqəti adamdır və onun əsas işi nazirlikdə təmizləmə aparmaqdan ibarətdir. Bu haqda Ermənistanda nəşr olunan “Joqovurd” qəzeti öz mənbələrinə istinadən yazır.

“Bizim hökumətdəki mənbələrimiz deyirlər ki, Nikol Paşinyan Papikyanı Müdafiə Nazirliyinə yeganə məqsədlə göndərib-orada nə baş verdiyini araşdırmaq. Məsələ ondadır ki, Müdafiə Nazirliyinin daxilində didişmə gedir, hərbçi məmurlar bu və ya digər işə görə məsuliyyəti bir-birlərinin üzərinə atırlar, bir-birləri haqda yüksək rəhbərliyə çuğulluq edirlər”- qəzet yazır.

Bildirilir ki, Paşinyan Müdafiə Nazirliyini yaxşıca silkələmək niyyətindədir. Nəticədə isə bir çox başlar gedəcək, o cümlədən yüksək rütbəli hərbçilər öz vəzifələrini itirəcək. Baş qərargah rəisi Artak Davtyanın müavinləri və bir çox generallarla birlikdə işdən çıxarılacağı gözlənilir.

“Past” qəzeti isə yazır ki, Müdafiə Nazirliyində dəyişikliklər nazirin dəyişməsi ilə başa çatmayacaq, nazirliyin və Baş qərargahın strukturunda radikal dəyişikliklər aparılacaq.

Xatırladaq ki, Paşinyan müdafiə naziri Arşak Karapetyanı Azərbaycanla sərhədin Laçın istiqamətində Ermənistan ordusunun üzləşdiyi növbəti rüsvayçılıqdan sonra işdən çıxarıb. Həmin istiqamətdə əvvəlcə erməni bölmələri yeni mövqelər tutaraq Azərbaycan ordusunun mövqelərinin təminat yollarını kəsməyə cəhd edib. Azərbaycan ordusu sürətlə əraziyə zirehli texnika və bir batalyon canlı qüvvə çıxararaq erməni bölmələrini mühasirəyə alıb. Nəticədə erməni bölmələri 4 postdan qovulublar, Azərbaycan ordusu isə əvvəlki mövqelərinə qayıdıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39