Bazar ertəsi, 29 Aprel

Bill Qeyts qlobal istiləşmə və pandemiya xəbərdarlığı: “Çox narahatam”

image

Bil Qeyts Yer kürəsini gözləyən yeni bəla ilə bağlı dünyaya xəbərdarlıq edib.

Xəbər verilir ki, “Microsoft”un qurucusu G20 sammitinin bəyanatında qlobal temperatur artımının 1,5 dərəcə ilə məhdudlaşdırılması vədinin real olmadığını açıqlayıb.

Dünya əhalisinin 65 faizinin Çin və Hindistan da daxil olmaqla orta gəlirli ölkələrdə yaşadığını bildirən Bill Qeyts dünyada emissiyaların çoxunun bu ölkələrdən gəldiyini deyib.

Alimlərin gəldiyi nəticəyə görə, sənaye inqilabından əvvəlki dövrlə müqayisədə qlobal orta temperatur artımının 1,5 dərəcə selsi ilə məhdudlaşdırılması bəşəriyyətin iqlim dəyişikliyinin ən pis nəticələrindən qaçması deməkdir.

Bill Qeytsin fikrincə, dünya növbəti pandemiyaya da hazır deyil: “Pandemiya hazırlıqlarına göstərilən marağın aşağı olmasındannarahatam. Dünyanın növbəti pandemiyaya hazır olması üçün 100 gün ərzində vaksin istehsal etmək imkanı qazanması və növbəti 100 gündə milyardlarla insanı peyvənd edə bilməsi lazımdır. Bizim bu gücə sahib zavodlar tikmək imkanımız var. Çatışmayan yeganə məqam hələ də lazımı addımların atılmamasıdır”.

Qeytsin həmtəsisçisi olduğu Bill və Melinda Qeyts Fondu bazar ertəsi açıqlanan hesabatda ölkələri səhiyyə sistemlərinə, o cümlədən peyvənd istehsal etmək qabiliyyətinə daha çox sərmayə qoymağa çağırıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55