Bazar ertəsi, 29 Aprel

İraqın baş naziri ona qarşı sui-qəsd təşkil edənlərin adlarını bilir

image

İraqın baş naziri Mustafa Əl-Kazımi hökumətin ona qarşı sui-qəsd təşkil edənlərin adlarının məlum olduğunu bildirib və onların yaxın vaxtlarda saxlanılacaqlarına söz verib.

Xəbər verilir ki, Nazirlər Kabinetinin fövqəladə iclasında çıxış edən baş nazir bildirib ki, cinayətkarlar hazırda təqib edilir: “Dünənki cinayəti törədənləri təqib edirik. Biz onları çox yaxşı tanıyırıq və tezliklə adlarını açıqlayacağıq. Bunlar ölkəmizi quldur dövlətə çevirmək istəyənlərdir, lakin biz buna imkan verməyəcəyik”.

Əl-Kazimi qeyd edib ki, İraqda ölkədə gedən demokratik islahatlardan və korrupsiyaya qarşı mübarizədən narazı olan müəyyən qüvvələr var: “Biz ölkənin regional müharibəyə girməsinə imkan vermədik və bu müharibədə təhlükəsizliyi təmin edə bildik. Korrupsioner məmurlara qarşı barışmaz mübarizəmizi davam etdirəcəyik və onların heç biri cəzadan yaxa qurtara bilməyəcək”.

Qeyd edək ki, İraqın baş nazirinin həyatına sui-qəsd cəhdi bazar günü gecə həyata keçirilib. Əl-Kaziminin Bağdadın yaxşı möhkəmləndirilmiş “yaşıl zonası”nda yerləşən, xarici səfirliklərin və dövlət qurumlarının yerləşdiyi iqamətgahı minalanmış pilotsuz təyyarələrlə hücuma məruz qalıb.

“Əl-Ərəbiyyə” telekanalının məlumatına görə, pilotsuz təyyarələr İraq paytaxtının şimal ərazisindən, “yaşıl zona”dan təxminən on kilometr aralıdan göndərilib. Hücum nəticəsində azı 7 nəfər yaralanıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55