Bazar ertəsi, 29 Aprel

Öhdəsindən gələ bilmədi, orduya əmr verdi – Putindən KRİTİK QƏRAR

image

Koronavirus pandemiyasının tüğyan etdiyi Rusiyada ordu virusla mübarizəyə qoşulub.

Xəbər verilir ki, Rusiya Müdafiə Nazirliyi ölkədə koronavirus pandemiyasından zərər çəkmiş bölgələrə dəstək üçün tibbi ekspertlər göndərib və orada hərbi hospitallar quracaq.

Kremlin sözçüsü Dmitri Peskov ölkədə günbəgün durumu daha da pisləşdirən COVID-19-la bağlı açıqlama verib.

Peskov karantin müddətinin uzadılıb-uzadılmaması ilə bağlı hələ qərar verilmədiyini deyib: “Rusiya Prezidenti Vladimir Putinin fərmanına əsasən, karantin noyabrın 7-dək davam edəcək. Hər hansı bir qərar verilərsə, dərhal sizə məlumat verəcəyik”.

Koronavirusun öhdəsindən gələ bilməyən Rusiya lideri orduya hərbi xəstəxanalar qurmağı əmr edib.

Peskov pandemiyanın yayılmasının sürətlənməsindən sonra Putinin müdafiə naziri Sergey Şoyquya göstəriş verdiyini açıqlayıb: “Bölgələrə tibbi ekspertlər göndərilib. Putin hərbi xəstəxanaların qurulması üçün də göstəriş verib”.

Rusiya Koronavirus İnfeksiyasına Nəzarət və Qarşısının Alınması Mərkəzinin verdiyi açıqlamaya görə, son 24 saatda virusdan ölənlərin sayı 1189 nəfər artaraq 242 min 60-a, sağalanların sayı isə 32 min 807 artımla 7 milyon 445 min 438-ə yüksəlib. Son 24 saatda 40 min 443 nəfərdə yoluxma aşkarlanıb. Ümumi yoluxma sayı 8 milyon 633 min 643 nəfər olub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39