Bazar ertəsi, 29 Aprel

Putindən Avropanı sevindirən əmr

image

Rusiya Prezidenti Vladimir Putinin “Qazprom”a Avropadakı anbarlara qaz tədarükünü artırmaq göstərişi qazın qiymətinin 1000 dollardan aşağı düşməsinə səbəb olub.

Xəbər verilir ki, Londonun ICE Futures birjasının məlumatına görə, Avropada min kubmetr təbii qazın qiyməti 950 dollara qədər azalıb.

Hollandiyada yerləşən “Title Transfer Facility” (TTF) isə virtual təbii qaz ticarət məntəqəsində min kubmetr qazın qiyməti 8 faiz azalaraq 956 dollar olduğunu açıqlayıb.

“Qazprom”un prezidenti Aleksey Miller dünən Putinlə görüşdə verilən göstərişdən sonra noyabrın 8-dən Avropadakı yeraltı anbarlara təbii qazın vurulmasına başlayacaqlarını bildirib.

Putin qərardan sonra Avropadakı anbarlarının təbii qaz tədarükünün artırmağa başlayacağını deyib: “Bu, payız-qış dövründə avropalı tərəfdaşlara qaz tədarükü üzrə müqavilə öhdəliklərinizi etibarlı və ardıcıl şəkildə yerinə yetirməyə imkan verəcək. Avropanın enerji bazarında müsbət vəziyyət yaradacaq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39