Çərşənbə, 08 May

Ukrayna uğurunda ABŞ-Rusiya savaşı - Gərginlik artır, toqquşma qaçılmazıdr...

image

Ukraynanın şərqində gərginlik pik həddə çatıb. Dünən separatçılar tərəfindən atəşkəsin pozulması Ukrayna ordusunun iki əsgəri həlak olub. Beləliklə, son aylarda təmas xəttində öldürülən hərbçilərin sayı 30-a çatıb.

Rusiya Xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, Rusiya və ABŞ rəsmiləri Ukraynanın cənub-şərqindəki vəziyyəti müzakirə ediblər.

Ryabkov Rusiya-ABŞ danışıqlarının yüksək səviyyədə aparıldığını bildirib. ABŞ rəsmiləri hələlik, informasiyanı təsdiqləməyib.
Bir gün öncə ABŞ Dövlət Departamenti Moskvadan regionda hərbi hərəkətlər daxil olmaqla provokasiyalarına izahat tələb edib

Britaniyanın baş naziri Boris Conson isə deyib ki, o Rusiyanın Ukrayna ilə sərhəddə hərbi qüvvə cəmləşdirməsindən son dərəcə narahatdır. Aprelin 5-də Ukrayna prezidenti Volodimir Zelenski ilə telefon söhbətində Conson Britaniyanın Ukraynanın ərazi bütövlüyü və suverenliyinə sarsılmaz dəstəyini bir daha bəyan edib.

Boris Consonla söhbət zamanı Zelenski Birləşmiş Krallıqdan onun ölkəsindəki hərbi mövcuddiyyətini gücləndirməsini istəyib: "Rusiyanın indiki hərəkətləri Ukraynanın, NATO ölkələrinin və bütünlükdə Avropanın təhlükəsizliyinə hədədir”.

O habelə Qərb ölkələrini Rusiyaya onun sabitsizləşdirici hərəkətlərinə görə daha sərt sanksiyalar qoymağa və Ukraynanı NATO-nun Üzvlük Hərəkəri Planına qoşmağa çağırıb. NATO-nun hərəkət planı bu alyansa üzv olmaq istəyən ölkələrə dəstək nəzərdə tutur.

Bundan əvvəl bir sıra Qərb liderləri də Rusiyanın Ukrayna ilə sərhədə qoşun və hərbi texnika toplamasından narahatlıq ifadə ediblər. Dünən Avropa Birliyinin xarici siyasət üzrə ali rəhbəri Jozep Borrel də Brüsselin Kiyevi tərəddüdsüz dəstəyini ifadə etmişdi.

Rusiya Ukraynanın NATO-ya qoşulması əleyhinədir və NATO-nu Ukraynaya dəstək üçün qoşun göndərməkdən çəkinməyə çağırıb.

Siyasi təhlilçi Şahin Cəfərli münaqişənin geosiyasi səbəblərini təhlil edərkən bildirib ki, Putin Ukraynanı, yəni Avropanın şərqini yenə cəhənnəmə çevirə biləcəyini nümayiş etdirir.

"Ukrayna sərhədlərindəki hərəkətlilik, oraya böyük sayda hərbi texnika cəmləşdirmək ilk növbədə ABŞ prezident Baydenin diqqətini çəkməyə və onu öz mövqeyinə yenidən baxmağa vadar etməyə yönəlib. Bayden isə Ukraynanı Rusiya qarşısında tək qoymayacaqlarını bəyan etməklə bu mesajı qulaqardına vurduğunu göstərir. Bu da məsələni düyünə salır",-deyə ekspert qeyd edib.

Ş. Cəfərli hesab edir ki, Rusiyanın bu aqressivliyinin, ABŞ-ın isə kompromisə meylli olmamasının hansısa nəticəsi olmalıdır, yəni “razvyazka” baş verməlidir. Bu hansl şəkildə mümkün ola bilər: "Rusiya ya silaha əl atacaq və Ukrayna torpaqlarından növbəti hissəni qoparmağa çalışacaq, bununla Qərbə yenə öz gücünü göstərib, onu öz mövqeyini dəyişməyə məcbur edəcək; ya da ABŞ və müttəfiqləri Ukraynanın arxasında möhkəm dayanaraq Rusiyanı ya müharibə meydanında, ya da siyasi səviyyədə geri çəkilməyə və güzəştlərə vadar edəcəklər. Amma Putin hər mənada o qədər irəli gedib ki, sifətini qorumadan geri çəkilməsi onun Rusiya daxilindəki mövqelərini sarsıda, saray daxilində xaos yarada bilər".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51