Şənbə, 27 Aprel

Ermənistanın yük maşınları Rusiya-Gürcüstan sərhədində qalıb - VİDEO

image

Ermənistanın yük maşınları 10 gündən çoxdur ki, Rusiya-Gürcüstan sərhədində qalıb.

Xəbər verilir ki, bu barədə məlumatı “News.am” yayıb.

Məlumata əsasən, Yuxarı Lars sərhəd-keçid məntəqəsinə gedən yolda təqribən 200 yük maşını dayanıb.

“Bizə keçməyə icazə vermirlər. Bunun bir izahı var – ermənilər üçün yol bağlıdır. Gözümüzün önündə Gürcüstan və Azərbaycan nömrəli maşınlar keçib gedir, bizə isə icazə vermirlər”, – deyə sürücülərdən biri Taron Markaryan deyib.

Qeyd olunur ki, sürücülərə yolun hələ bir həftə də bağlı olacağı bildirilib.

T. Markaryan deyib ki, Ermənistanın Gürcüstandakı səfiri hadisə yerinə gəlib:

“O, bura bir neçə gün əvvəl gəldi, polislərlə söhbət etdi və getdi. Sürücülər Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin “qaynar xətt”inə zəng vurublar. Oradan isə onlara belə deyilib: “Maşınlarınızın sahiblərinə deyin, qoy bu problemi həll etsinlər. Düşünürük ki, dövlətimizin məmurlarının diqqətini cəlb etmək üçün yolu bağlayacağıq. Hanı bizim dövlətimiz?”

Bununla yanaşı, Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sonna Arutyunyan qeyd edib ki, Rusiya tərəfi Larsda yolun genişləndirilməsi işlərinə başlayıb.

Onun sözlərinə görə, nazirlik problemdən xəbərdardır və xarab olan məhsul daşıyan yük maşınlarına prioritet verilməsi üçün səylərini davam etdirir.

S. Arutyunyan həmçinin bildirib ki, tikinti işləri 2023-cü ilə qədər davam edəcək.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39
image

Şahdağa sulu qar yağıb

  • 23.04.2024 - 11:45
image

Azərbaycanda zəlzələ oldu

  • 23.04.2024 - 09:36
image

Rayonlara dolu yağdı - VİDEO

  • 22.04.2024 - 21:33