Bazar ertəsi, 20 May

Kişi ailəsini boğaraq, ÖLDÜRDÜ

image

Türkiyənin Hatay şəhərində ailə faciəsi baş verib.  

Xəbər verilir ki,  kişi 41 yaşlı həyat yoldaşı Aynur Merti və iki yeniyetmə övladını qətlə yetirib. Belə  ki, aralarında yaranan mübahisə nəticəsində  kişi həyat  yoldaşını  boğub.  Bunu görən 16 yaşlı oğulları onları ayırmağa çalışıb. Kişi Aynuru  öldürdükdən sonra oğlunu da boğaraq, həyatına son qoyub.Cani şəxs qızının evə gəlməsini gözləyib. Aleyna Mert evə gələndə bədbəxt hadisə ilə üzləşib. 

Yeniyetmə qız da atasının qurbanına çevrilib. Kişi cinayətdən sonra  evi  tərk  edib. Günlərdir qapalı qalan evdən pis  qoxular gəlməyə başlayıb. Bundan sonra qonşular,  Aynur Mertin evinin qapısını döyübqapını  açan  olmayınca əraziyə  polis  cəlb olunub.  Polislər evdən 3  cansız cəsəd  aşkar ediblər. Hadisə  ilə bağlı Aynurun əri A.M saxlayıblar. Kişi  ilk zamanlar  cinayəti  təkzib etsə  də,  sonradan törətdiyi cinayəti  etiraf edib. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41