Bazar ertəsi, 29 Aprel

İranlılar İrəvanı hədələdilər: Yolu bağlayarıq!

image

Azərbaycanın Gorus-Qafan yolundan keçən İrana məxsus yük maşınlarını saxlaması Ermənistanda gərginliyə səbəb olub. Xəbər verilir ki, bu gün yerli media yolda qalan iranlıların artıq İrəvanı hədələdiyini yazıb.

"Qafan-Gorus yolunda qalan İrana məxsus yük maşınlarının sürücüləri yolu bağlayacaqlarını bəyan ediblər. Onların bu etirazı, hədələri Azərbaycan postundan gömrük rüsumu vermədən keçə bilməmələri ilə bağlıdır. Əmir adlı sürücülərdən biri jurnalistlərlə söhbətində bildirib ki, iranlılar artıq üç gündür Vorotan yaxınlığında dayanıblar. Onlar əllərində posta ödəməyə pulları olmadığı üçün yolu keçib gedə bilmirlər"-, yerli media yazıb.

Sayt iddia edib ki, sürücülər Ermənistan hakimiyyətinə vaxt veriblər. Onlar yaranmış problemin bir neçə saat ərzində həll olunmayacağı təqdirdə aksiya keçirib yolu bağlayacaqları ilə hədələyirlər.

"Ərazidə İrana məxsus təxminən 50 yük maşını yığılıb. Əmir bildirib ki, bu məlumatlar Ermənistanın baş naziri Nikol Paşinyanın diqqətinə çatdırılsın”-,erməni mətbuatı yazıb.

Qeyd edək ki, bu günlərdə İran yük maşınlarının Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz daxil olmağı ilə bağlı görüntülər yayılıb. Bu, rəsmi Bakının ciddi narahatlığına səbəb olub və sözügedən məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi tərəfindən Rusiya Federasiyası Müdafiə Nazirliyi və Sülhməramlı qüvvələrin komandanlığına məktublar ünvanlanıb. Bundan sonra Azərbaycan polisi sənədləri və yükləri yoxlamaq üçün Gorus-Qafan yolu ilə hərəkət edən İrana məxsus yük maşınlarını saxlayıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39