Cümə, 10 May

“Rusiyanın əsəbləri ilə oynamalıyıq” – Generaldan 6 ölkəyə çağırış

image

ABŞ-ın Avropa Qüvvələrinin keçmiş komandanı, istefada olan general-leytenant Ben Hodces bölgə ölkələrini Qara dənizdə “Rusiyanın əsəbləri ilə oynamağa” çağırıb.

General Ukrayna, Gürcüstan, Rumıniya, Bolqarıstan, Türkiyə və Moldovanın Rusiyaya qarşı birləşməsinin vacib olduğunu söyləyib.

Hodces hesab edir ki, adıçəkilən ölkələr Rusiyaya qarşı mübarizədə bir-biri ilə kəşfiyyat məlumatlarını bölüşməlidirlər:

“ABŞ da bunun bir hissəsi olmalıdır. Rusiyanın Qara dəniz donanması komandanının, məsələn, Sevastopoldakı qanunsuz bazasında özünü çox narahat hiss edəcəyi tədbirləri görməliyik. Qara dənizdəki Rusiyanın əsəbləri ilə oynamalıyıq”.

O, Ukraynanın gəmi əleyhinə raketlər əldə etmək qərarının və ABŞ-ın Rumıniyada kəşfiyyat və hücum üçün “MQ-9 Reaper” pilotsuz təyyarələrini yerləşdirməsinin bölgədə üstünlük əldə etməyə kömək edəcək mühüm addımlar olduğunu deyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32