Bazar ertəsi, 29 Aprel

“Dövlət büdcəsi necə talanır?” - Mehman Hüseynovdan növbəti araşdırma

image

Mehman Hüseyniv yeni araşdırma videosunu təqdim edib. Blogger bu dəfə bir neçə qurumu hədəf alıb. Onun sözlərinə görə “bu qurumlar saxta şirkətlər vasitəsi ilə dövlət büdcəsindən milyonlarla manat oğurlayır”.

Blogger Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə tabe olan Dövlət Dəniz Agentliyində baş verən cinayətləri araşdırdığını qeyd edib. “Bu gün sizə qurama yollarla dövlətin qucaq-qucaq pulunu necə ələ keçirirlər – bu barədə danışacam”, deyə Mehman Hüseynov əlavə edib.

“Azərbaycan dövlət büdcəsini hansı yolla talayırlar? Bu dövlət qurumunda baxın görün nələr baş verir. Pula görə insanları məhv edirlər! Hüquq Mühafizə orqanları niyə heç bir ölçü götürmür? Baş Prokurorluq nə işlə məşğul olur?

Dövlət Dəniz Agentliyin tabeliyində olan Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi. Bu dövlət qurumu saxta şirkətlər açıb, dövlət büdcəsindən milyonlarla manatı həmin şirkətlərə köçürüb sonra isə həmin saxta şirkətlərin direktorlarını həbs elətdirirlər və ya öldürməyə çalışırlar. Bu qədər təsüdüf ola bilər sizcə? Niyə harda kriminal var gəlib bu Dövlət Dəniz Agentliyini tapır? 

Azərbaycanın dəniz quldurları, tenderlər və korrupsiya.

Saxta şirkətlər, kriminal elementlərin iştirakı ilə “dənizdə balıq necə tutulur” biləcəksiz. Çox yox, 3-4 parlaq nümunə ilə. Sən demə, dövlət tenderlərində sifariş almaq üçün biznes səriştəsi heç lazım deyilmiş. Dövlət Vergi Xidməti, Maliyyə Naziliyi, Dövlət Dəniz Agentliyi, Hesablama Palatası, Baş Prokurorluq bu korrupsiya yuvasını görmür? 

Bu qədər “dəniz qulduruna” pulllar xərcləyən dövlət qurumunun fəaliyyəti nəticəsində dənizdə gəmilər bir-biri ilə toqquşmur – böyük şeydir. Pulsa boş şeydir.”, deyə blogger qeyd edib.

Azadsoz.com

Video

image
Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39