Cümə axşamı, 09 May

Çin qonşumuzu 400 milyarda “satın alır”Etiraz

image

İranda Çinlə əməkdaşlıq razılaşmasına qarşı etiraz aksiyaları keçirilib.

Xəbər verildiyi kimi müxtəlif şəhərlərdə baş tutan etirazlara bir neçə yüz nəfər qatılıb. Etirazların xüsusilə Tehran, İsfahan, Rəşt və digər şəhərlərdə baş tutduğu bildirilib.

İranlı jurnalist Babək Taqvai Rusiya mətbuatına açıqlamasında etirazlarda “İran satılmır”, “Çin, İrandan rədd ol” şüarlarının səsləndirildiyini söyləyib. Üstəlik, razılaşmaya qarşı, xüsusilə, sosial şəbəkələrdə etirazların artdığı vurğulanıb.

Qeyd edək ki, bir müddət öncə İran və Çin 25 illik əməkdaşlıq haqqında razılaşma imzalayıb. Razılaşmaya əsasən, Çin İranın infrastruktur layihələrinə 400 milyard dollar investisiya yatıracaq, əvəzində isə İran neft və qazını alacaq. Bununla bərabər iki ölkə arasında hərbi texniki əməkdaşlıq da gücləndiriləcək.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32