Bazar ertəsi, 20 May

Sevgilisinə görə 3 yaşlı qızını öldürdü - FOTO

image

İngiltərədə dəhşətli cinayət hadisəsi baş verib. 

Xəbər verilir ki, 23 yaşlı Nikola Priest sevgilisi Kallum Redferlə görüşü zamanı onlara narahatçılıq yaradan azyaşlı qızını öldürüb. Belə ki,  ana sevgilisi ilə görüşü zamanı 3 yaşlı qızı Kayle Prieste sakit durmağını bildirsə də, qız anasından ayrılmayıb. Hətta ana qızını döyüb, daha sonra onu yatızdırmağa çalışıb.

Yatmayan azyaşlı ağlamağa başlayıb. Əsəbi ana isə qızını amansızcasına döyüb, hətta onu sevgilisi də qıza zərbələr endirib. Kayle aldığı zərbələrdən dünyasını dəyişib. Dəhşətlisi budur ki, hadisədən sonra  ana və sevgilisi birlikdə yatıblar. Oyandıqdan sonra ana təcili tibbi yardıma zəng edərək, qızının oyanmadığını bildirib.

Hadisə yerinə gələn həkimlər, qızın çoxdan öldüyünü bildiriblər. Tibbi ekspertizaya rəyinə əsasən, azyaşlının döyülərək, öldürülməsi məlum olub. Bu səbəblə ana və sevgilisi saxlanılıb. Məhkəmə qərarına əsasən, anaya 15 il, sevgilisinə isə 14 il həbs cəzası verilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41