Bazar ertəsi, 29 Aprel

Co Bayden: “Qərarımdan peşiman deyiləm”

image

“Əfqanıstanı tərk etmək qərarından peşman deyiləm”.

Xəbər verilir ki, bunu ABŞ prezidenti Co Bayden mətbuat konfransında bildirib.

ABŞ-ın Əfqanıstanda “Taliban” hərəkatının geniş hücumu ilə bağlı qərarını dəyişib-dəyişməyəcəyi sualına cavab olaraq o deyib: "Son 20 ildə orada 300 mindən çox Əfqanıstan əsgərini təlim və təchiz etmək üçün 1 trilyon dollardan çox vəsait xərcləmişik. Əfqanıstan rəsmiləri bir araya gəlməlidir. Özləri ölkələri üçün mübarizə aparmalıdırlar. ABŞ hava dəstəyi və hava qüvvələrini yerləşdirməklə Əfqanıstana verdiyi öhdəlikləri əvvəlki kimi yerinə yetirəcək”.

Bayden əlavə edib: “Əfqanıstanı tərk etmək qərarımdan peşman deyiləm. Əfqanlar da öz vətənləri uğrunda döyüşməlidirlər, onlar sayca “Taliban”dan çoxdur".

“Taliban” son günlər Əfqanıstanın daha 3 vilayətində nəzarəti ələ keçirib.

Hazırda ölkənin 7 əyaləti onlara tabedir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55