Şənbə, 11 May

Putin göstəriş verdi, nazir hərəkətə keçdi - Rusiyada yanğınlar

image

Rusiya Prezidenti Vladimir Putin Yakutiyada davam edən meşə yanğınları ilə bağlı bir sıra göstərişlər verib.

Xəbər verilir ki, bu barədə məlumatı Kremlin Mətbuat xidməti yayıb.

Məlumata əsasən, Vladimir Putin ölkənin fövqəladə hallar naziri Yevgeniy Ziniçevə Yakutiyada yanğınların söndürülməsi üçün qrupların sayını artırmağı tapşırıb.

Bununla yanaşı, region rəhbərliyinə fövqəladə hal nəticəsində zərər görmüş şəxslərə dəstəyin artırılması ilə bağlı təklif hazırlamaqla bağlı göstəriş verilib.

Həmçinin, Putin sözügedən bölgədə FHN-nin aviasiyasının işinin intensivliyini artırmağın vacibliyini də vurğulayıb.

Qeyd edək ki, Yakutiya Rusiyanın yanğın baxımından ən təhlükəli bölgələrindən biridir. İyulun 1-dən bölgə sakinlərinə meşələrə getmək qadağan olunub.

Bununla yanaşı, orada davam edən meşə yanğınları səbəbindən avqustun 8-də bölgədə fövqəladə vəziyyət elan olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44