Çərşənbə, 08 May

Alen Delonun ulduzu Hollivudda: 85 yaşlı aktyorun son arzusu reallaşacaqmı?

image

Dünya şöhrətli fransız aktyor Alen Delonun ulduzu Hollivudun məşhur Şöhrət Xiyabanına həkk olunacaq. Bununla bağlı xüsusi açılış tədbiri builki Oskar mükafatına dair mərasimdən bir neçə gün əvvəl baş tutacaq.

Xəbər verilir ki, bu barədə "Le Point" məlumat yayıb. Alen Delon tədbirə qatılmaq üçün uşaqları ilə birlikdə son vaxtlar yaşadığı İsveçrədən Los Ancelesə gələcək.

Qeyd edək ki, sənətçi artıq bir neçə ildir ki, filmlərdə rol almır. O demək olar ki, ictimaiyyət arasında da görünmür. Ulduz aktyorun yaddaşı insult keçirəndən sonra xeyli pisləşib. İndi bir zamanlar dünyanın əksər qadınlarının sevimlisi olan məşhur aktyor tək yaşayır və tez -tez həyat yoldaşının olmamasından şikayətlənir. Onun yeganə rəsmi həyat yoldaşı olan Natali keçən il ölüb.

85 yaşlı Alen Delon sonuncu dəfə kinoda rol almağı xəyal edir. Aktyor bu yaxınlarda verdiyi müsahibəsində tamaşaçıların qəlbində əbədi qalacaq bir filmdə rol almaq istədiyini söyləyib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32
image

Türkiyədə benzin ucuzlaşdı

  • 06.05.2024 - 12:51