“aktyor” üzrə 399 nəticə tapıldı
Ssenarisini və rejissorluğunu etdiyi "İnci Taneleri" serialı ilə ekranlara qayıdan türk aktyor Yılmaz Ərdoğanın özündən 25 yaş kiçik model Cansu Taşkınla 2 ildir sevgili olduğu iddia edilib. Xəbər verilir ki, bu barədə Cansu Taşkın qonaq olduğu verilişlərin birində açıqlayıb. O, aparıcının "Bu hadisələr gerçəkdir, aranızda sevgi varmı?" sualına cavabında Yılmaz Ərdoğanla münasibəti olduğunu etiraf edib və "
Aktyor Ben Afflek və həyat yoldaşı, müğənni Cennifer Lopez Nyu-Yorkda görüntülənib. Məlumata görə, bu barədə fotolar "Daily Mail" saytında dərc olunub. Məşhurlar martın 31-də ictimaiyyət arasına qarışıb. 51 yaşlı Ben Afflek və 54 yaşlı Cennifer Lopez şəhəri gəziblər. Aktyor köynək, tünd göy rəngli qısa palto, cins şalvar, idman ayaqqabısı və gün eynəyi ilə, Lopez isə boz gödəkçə, cins şalvar, qə
Amerika əsilli britaniyalı aktyor Şans Perdomo 27 yaşında vəfat edib. Bu barədə xarici mediaya istinadən xəbər verir. Bildirilib ki, o, martın 29-da motosiklet qəzası nəticəsində dünyasını dəyişib. Qeyd edək ki, Perdomo, "Netflix"də yayımlanan "Chilling Adventures of Sabrina" serialındakı Ambrose Spellman rolu ilə tanınırdı.
Məşhur aktyor Kıvanç Tatlıtuğ yeni döyməsi ilə diqqət çəkib. Xəbər verilir ki, o həyat yoldaşı Başak Dizerin adının baş hərfini sol qoluna həkk etdirib. Aktyorun bu döyməsi indiyə qədər maqazin dünyasından gizli qalmışdı. Kıvanç həmin qoluna oğlu Kurt Efe ilə modelyer arvadı Başak Dizerin doğum tarixlərini də həkk etdirib. Xatırladaq ki, Başakla Kıvanç 2016-cı ildə ailə qurub. Onların
Azərbaycan teatr və kino aktyoru, əməkdar artist Rahib Əliyev vəfat edib. Xəbər verilir ki, o, bu gün 78 yaşında vəfat edib. Xatırladaq ki, Rahib Əliyev 12 iyul 1945-ci ildə Bakı şəhərində anadan olub. 1967-ci ildən indiyə qədər Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında fasiləsiz olaraq fəaliyyət göstərib.
Hollivudun əfsanəvi aktyoru Jan Klod Van Dammın gəlini Suada Hacızadə anası ilə bağlı diqqətçəkən paylaşımlar edib. Xəbər verilir ki, uzun müddətdir valideynini görə bilməyən Suada onunla Latviyanın Liqa şəhərində görüşüb. Şəhəri gəzib dolaşan ana-bala bərabər çəkdirdikləri fotoları sosial şəbəkə hesablarında paylaşıblar. Şəkillər arasında Riqanın memarlıq abidələri, muzeylər və tarixi binalar yer alıb. Xatı
Bakıda aktyor intihar edib. Xəbər verilir ki, “Qafqazinfo”nun məlumatına görə, dünən saat 11:30 radələrində Suraxanı rayonu Hövsan qəsəbəsi “Zeytun savxozu” adlanan ərazidəki nömrəsiz evdə 1985-ci il təvəllüdlü Ülfət Rəhim oğlu Hümbətovun asılmış meyiti tapılıb. Yaxınları Ü.Hümbətovun həyətdəki yarımtikilinin tavanından özünü asaraq intihar etməsi barədə məlumat veriblər. Aktyor və prodü
Amerikalı aktyor Stiven Siqalın oğlu Dominik rusiyalı model Ayrin Danilova ilə ailə həyatı qurub. Mərasimin Rusiyanın paytaxtı Moskvada baş tutduğu və qapalı keçirildiyi qeyd edilib. Qeydiyyat şöbəsində yeni evlənənlər ən yaxın qohumlarının - gəlin və bəyin valideynləri qarşısında üzükləri taxaraq, bir-birinə sadiq qalmağa and içiblər. Siqal gəlininə qızılgül buketi hədiyyə edib. Sadə mərasim üçün gənc cütlük klassik
ABŞ-li aktrisa Ancelina Coli keçmiş əri və aktyor Bred Pittə qarşı məhkəməni uduzub. Aktrisanın vəkilləri Pittin iddiasına etiraz etməyə çalışsalar da, məhkəmə bu cəhdi əsassız hesab edib. Məhkəmə prosesi keçmiş cütlüyün birgə zavodunun payının rusiyalı oliqarx Yuri Şeflerə satılması ilə bağlı olub. Bildirilib ki, keçən ilin payızında Ancelina Coli Bred Bittdən xəbərsiz Şeflərlə sövdələşməyə
Türkiyənin reytinqli layihələrindən olan "Yargı" serialı tənqidlərə məruz qalıb. Xəbər verilir ki, ekran işinin 87-ci bölümünün fraqmanında Tuğçe adlı qadına təcavüz edilir, daha sonra isə öldürülür. Sosial şəbəkələrdə yayılan fraqmana istifadəçilər sərt reaksiya göstəriblər. Onlar serialın senari müəllifi Sema Ergenekona qəzəbləniblər. “Tuğçe belə bir ölümə layiq deyildi”, “Bu
Türkiyəli aktyor Kərəm Alışık yeni avtomobil alıb. Xəbər verilir ki, aktyor yeni "Porsche Taycan" markalı maşını ilə İstanbul küçələrində görüntülənib. O, nəqliyyat vasitəsinə 10 milyon lirə (təxminən 531 min manat) ödəyib.
ABŞ-nin Los-Anceles şəhərində 96-cı “Oskar” mükafatlandırma mərasimi keçirilib. Məlumata görə, “Oppenheymer” yeddi kateqoriya üzrə mükafat alıb. Əsas kateqoriyalar üzrə qaliblərin siyahısı belədir: “Ən yaxşı film” - “Oppenheymer”; “Ən yaxşı rejissor” - Kristofer Nolan (“Oppenheymer”); “Ən yaxşı aktrisa” - Emma Stoun (“Bəxtsiz”); “Ən yaxşı aktyor” - Killian Mörfi (“Oppenheymer”); “Ən yaxşı mahnı” - “Mən nə üçün yaradılmışam?” (“Barbi”); “Ən yaxşı musiqi” - “Oppenheymer”; “Ən yaxşı ikinci plan aktyoru” - Robert Dauni junior (“Oppenheymer”); “Ə