Bazar, 28 Aprel

Eldəniz Səlimovun Kiprə apardığı qazax qızı 

image

Bu gün Milli Məclisdə Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi müzakirə olundu. Parlament 96 nəfər lehinə olmaqla Eldəniz Səlimovun toxunulmazlığının xitamına qərar verdi.

Bir qədər öncə Milli Məclisin deputatı Eldəniz Səlimov saxlanılıb. Onun bu gün Binəqədi Rayon Məhkəməsində hakim qarşısına çıxarılacağı bildirilib.

Məhkəmə E.Səlimov barəsinə həbs-qətimkan tədbirinin seçilməsi barədə təqdimata baxacaq.

Eldəniz Səlimov Xaçmaz rayonunda polis zabiti Zaur Mirzəyevi döyərkən bildirib ki,”Sən sevin ki səni deputat döyür”. Əldə olan səsyazma və restorandan əldə edilmiş videogörüntülərə əsasən o polisin başına zərbələr endirib.Qarşı tərəf hətta buraxması üçün xahiş etsə belə sərxoş halda olan Eldəniz Səlimov rayonda ona heç kimin heç nə edə bilməyəcəyini söyləyib, vəzifəli şəxsləri söyüb.

Əldə etdiyimiz məlumata görə, bu Eldəniz Səlimovun ilk insidenti deyil. O 2019-cu ilin əvvəlində Şimali Kipr Türk Cümhuriyyətinə rəsmi səfər zamanı özü ilə qazaxıstanlı bir xanım aparıb və onunla rəsmi mərasimlərə, ziyafətlərə qatılıb. Bu barədə Kiprdən diplomatik kanallarımıza etiraz məktubu daxil olsa da, məsələ səssiz şəkildə müzakirə olunub.

Ötən ayın 3-də isə E.Səlimovun şirkət sahibi olan atası Adil Səlimovla bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yaymışdı. Onun Onun Xaçmaz rayonunun Fərzəlioba kəndinidə xüsusi mülkiyyətdə olan təqribən 27 hektar sahədə "Qərb Ekol" şirkəti tərəfindən aqrobağ salınması məqsədilə müxtəlifcinsli ağac və kol bitkilərini kəsdirdiyi, təbiətə ümumilikdə 65 040 manat məbləğində ziyan vurduğu aşkarlanıb. Ziyanın məbləği cinayət tərkibi yaratdığından sənədlər Xaçmaz rayon prokurorluğuna göndərilib.

Eldəniz Səlimov polislə bağlı insidentə aydınlıq gətirərkən izləndiyini və təzyiqlərə məruz qaldığını bildirsə də, Baş Prokuror Kamran Əliyev bununla bağlı prokurorluğa hər hansı şikayət və ya məlumat daxil olmadığını bilıdirib. (Bizimyol.info)

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39