Çərşənbə axşamı, 21 May

Lukaşenko III Dünya müharibəsinin anonsunu verdi

image

Avropa dövlətlərinin Rusiya, Belarus və Çinə qarşı hibrid hücumları üçüncü Dünya müharibəsinə gətirib çıxara bilər.

Xəbər verilir ki, bunu “Sky News Arabia”ya müsahibəsi zamanı Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib.

O, bildirib ki, Qərb dövlətlərinin Belarusun daxili işlərinə qarışması, ölkədə çevrilişə cəhd etməsi əvvəl-axır qlobal miqyaslı müharibə ilə nəticələnəcək. Savaşın başlıca iştirakçıları isə Belarus, Rusiya və Çin olacaq.

Prezident əlavə edib ki, Avropa dövlətlərini ittiham edərkən o, sadə avropalıları deyil, “ağılsız siyasətçiləri” nəzərdə tutur və günahı onlarda görür.

Dövlət başçısı, Avropa dövlətlərini ABŞ-ın müstəmləkəsi adlandırıb və onların rəsmi Vaşinqtonun yürütdüyü siyasətin girovuna çevrildiklərini bildirib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06