Bazar, 28 Aprel

Onu açıq-saçıq geyiminə görə tənqid edənlərə cavab verdi - FOTO

image

“Sonuncu konsertimdə istədiyim hər şeyi geyinmək sərbəstliyimdən istifadə edərək seçdiyim paltar, bir çox fərqli, amma ən vacibi şəxsi seçimlərimə olan hörmət sərhədini aşan şərhlər eşitməyimə səbəb oldu”.

Xəbər verilir ki, bu sözləri transparan geyiminə görə tənqid edilən müğənni Gülşən öz instaqram hesabında yazıb. O, istədiyi geyimi geyinməkdə sərbəst olduğunu bildirib:

“Sizlərə çox kiçik xatırlatma etmək istəyirəm. Nə geyinəcəyimə, nə düşündüyümə, necə yaşamaq və var olmaq istədiyimə özüm qərar verə bilirəm. Necə ki, sizin də həyatınızda olduğu və ya olmalı olduğu kimi. Bütün hekayə bir cəmiyyəti təşkil edən bütün parçaların, hər cür fikirdən, hər etiqaddan olan insanların bir-birinə zərər vermədən, istədiyi şəkildə barış şəklində yaşamasıdır... Bu gün bir toplum olaraq gəldiyimiz nöqtədə bunu xatırlatmalı olmağım kədərlidir. Ancaq məni ürəkləri və ağılları ilə müşayiət edənlərə, ümid arzulayanlara təşəkkür edir, qucaqlayıram. Elə həyat doluyuq ki, yox etdiklərini düşündükcə kök salırıq”.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39