Cümə axşamı, 09 May

Putin, Merkel və Makrondan kritik Donbass qərarı - Zelenskisiz müzakirə

image

Rusiya prezidenti Vladimir Putin, Fransa prezidenti Emmanuel Makron və Almaniya kansleri Angela Merkel Donbasdakı vəziyyəti Ukrayna prezidenti Vladimir Zelenskinin iştirakı olmadan müzakirə etmək qərarına gəliblər.

TASS xəbər verir ki, üç ölkə liderinin videokonfransını anons edən Kremlin sözçüsü Dmitri Peskovun açıqlamasından belə qənaətə gəlmək olar.

Peskov vurğulayıb ki, Putin, Makron və Merkel arasındakı danışıqlar “Normandiya dördlüyü” formatında olan bir tədbir kimi hazırlanmır. O, həmçinin əlavə edib ki, Donbasdakı vəziyyət videokonfransın mövzularından biri olacaq.

Rusiya liderinin mətbuat katibi qeyd edib ki, videokonfransın dəqiq tarixi və saatı hələlik məlum deyil. “Berlin və Parislə danışıqlara davam edirik. Razılaşmanın konkret nəticələri olduqda sizə məlumat verəcəyik”,- deyə o, bildirib.

Ukraynanın cənub-şərqindəki vəziyyətə münasibət bildirən Peskov, “təhlükəli güc ssenarisi” nin mümkünlüyü barədə danışıb.

Qeyd edək ki, martın 29-da Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Zayberq Rusiya prezidenti, Fransa lideri və Alman kansleri arasında videokonferansın pozulduğunu elan etmişdi.

 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Pensiya alanlara ŞAD XƏBƏR

  • 08.05.2024 - 13:44
image

Bu gün 4 rayonda qaz olmayacaq

  • 07.05.2024 - 11:25
image

Messi yeni rekorda imza atıb

  • 06.05.2024 - 19:32