Bazar ertəsi, 20 May

Məşhur yazıçının villası inanılmaz qiymətə satışa çıxarıldı

image

Məşhur amerikan yazıçı Mark Tvenin 1908-ci ildən 1910-cu ildə ölümünə qədər yaşadığı Reddinqdəki malikanəsi satışa çıxarılıb.

Xəbər verilir ki, Mark Tvenin “Kapitan Stormfildin cənnətə səyahəti” hekayəsindən ilhamlanaraq inşa etdirdiyi “Toskana” villası 4.2 milyon dollara satılır.

Tven meningitdən qızını itirəndən sonra dərin depressiyaya düşür və bu səbəbdən ailəsi ilə tez-tez səyahətə çıxır. Nəhayət ölkəsinə qayıtmaq və yerləşmək qərarına gəldikdə, həyat yoldaşı Oliviyanın səhhəti pisləşir və həkim məsləhəti ilə İtaliyaya gedirlər. Lakin yazar Florensiyada Oliviyanı itirir.

Tven qayıtdıqdan sonra ev tikdirməyi qərarlaşdırır və bu evin İtaliyada yaşadığı dövrdən təsirlənərək “Toskana” üslubunda olmasını istəyir.

Tvenin ölümündən sonra 1923-cü ildə baş verən yanğın zamanı evə ziyan dəyir. Malikanə 1925-ci ildə eyni təməl üzərində orijinal terasları, daş divarları və sütunları qoruyaraq yenidən qurulur. Villanın 4 yataq otağı, 3 kameni, hovuzu və 3 qaraj sahəsi var.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41