Bazar ertəsi, 20 May

Dominikan Haiti ilə sərhədi bağladı

image

Haiti Prezidenti Jovenel Moizinin qətlə yetirilməsindən sonra bu ölkədən qaçqın axını təhlükəsinə qarşı Dominikanda epidemioloji həyəcan elan edilib.

Xəbər verilir ki, bu barədə Dominikanın Səhiyyə Nazirliyinin epidemiologiya şöbəsinin rəhbəri Ronald Skeves bildirib.

"Təkcə Haiti ilə sərhəddə deyil, bütün ölkə üzrə epidemioloqlar üçün xəbərdarlıq elan edilib. Tibbi personal əhali arasında xəstəliklərin aşkarlanması halında hər bir vəziyyətə dərhal reaksiya verməyə hazır olmalıdırlar. Tarixən qonşu, qardaş respublikada ictimai-siyasi problemlər yaranan kimi bizdə də bunun təsirləri qeydə alınıb. Bu, malyariya, vəba, həmçinin difteriya xəstəliyinə yoluxmada özünü göstərib", - Skeves deyib.

Səhiyyə Nazirliyinin nümayəndəsi Haiti ilə sərhəddə işləyən epidemioloqların üzərinə xüsusi bir yük düşdüyünü söyləyib.

Xatırladaq ki, Haiti Prezidenti Jovenel Moizi iyulun 7-də iqamətgahına edilən silahlı hücum nəticəsində öldürülüb. Baş nazir vəzifəsini icra edən Klod Jozef ölkədəki təhlükəsizlik vəziyyətinin Haiti Milli Polisi və Silahlı Qüvvələrinin nəzarəti altında olduğuna əmin edərək, əhalini sakit olmağa çağırıb.

Moizi öldürüldükdən sonra Dominikan Prezidenti Luis Abinader Haiti ilə dövlət sərhədinin tamamilə bağlanmasını əmr edib. Sərhəd bölgələrində təhlükəsizliyi təmin etmək üçün fəaliyyət planı hazırlamaq məqsədilə ölkənin hərbi rəhbərliyinin təcili iclası keçirilib.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41