Şənbə, 27 Aprel

Ermənistanı sarsıdan iddia: Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan müqavilə imzalayacaq

image

Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyan müqavilə imzalayacaq.

Xəbər verilir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Qəzet yazır: “Artıq məlumdur ki, yaxın gələcəkdə Ermənistan və Rusiya rəhbərliyi Ermənistanın Qeqarqunik bölgəsinin Sotk-Xoznavar hissəsinə rus sülhməramlılarının yerləşdirilməsi barədə razılığa gələcək və bundan sonra erməni SQ-i oradan çıxarılacaq. Danışıqların getməsi faktını bir gün əvvəl Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Artak Davtyan tərəfindən təsdiqlənib”.

“Hraparak” qəzetinin mövzu ilə bağlı suallarını Artak Davtyan cavablandıraraq deyib: “ Hər iki tərəflə danışıqlar aparılır, çünki ortada suallar var. Məqsədimiz Azərbaycan bölmələri ilə  heç bir toqquşma olmadan sərhədə nəzarətimizi gücləndirməkdir. Buna görə Rusiya tərəfi ilə əməkdaşlıq edirik”.

Qəzet daha sonra yazır: “Baş Qərargah rəisinin suveren ərazimizin başqa bir dövlətin sülhməramlılarına verilməsi barədə “qorxulu” açıqlamasından yalnız erməni tərəfinin qoşunlarının geri çəkiləcəyi açıq-aşkar görünür və bunun nəticəsində nə baş verəcəyini söyləmək çətindir”.

“Hraparak” sülhə, barışığa getməyə inad edən erməni xalqının qorxularından, Paşinyanın payızda sülh müqaviləsi imzalayacağı barədə məlumatların daxil olmasından da yazır.

“Nikol Paşinyan çox güman ki, payızda sentyabr ayında Azərbaycanın ərazi bütövlüyünü həqiqətən tanıyan bir müqavilə imzalayacağı barədə məlumatlar var ”deyə qəzet qeyd edir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39