Çərşənbə, 26 İyun

Filippin prezidenti vətəndaşları təhdid etdi: Ya vaksinasiya, ya da həbs

image

COVID-19 virusuna qarşı mübarizə aparan Asiya ölkələrindən Filippində ölkə başçısı Rodriqo Duterte vaksinasiya ilə bağlı radikal qərar qəbul edib.

Xəbər verilir ki, bu barədə "The Straits Times" qəzeti yazıb.

Bildirilir ki, Filippin prezidenti koronavirusa qarşı vaksinasiyadan imtina edən insanları həbslə hədələyib.

Rodriqo Duterte belə bir qərara ona görə gəlib ki, paytaxt Manilada peyvənd olunanların sayı o qədər də yüksək deyil.

Televiziya kanallarında yayımlanan çıxışı zamanı Filippin dövlət başçısı bunları deyib: "Seçin, ya peyvənd olunmaq, ya da həbs edilmək. Mənim sözlərimi yalnış başa düşməyin. Ölkəmizdə böhran hökm sürür".

Qeyd edək ki, bu günə qədər Filippində 1 milyon 364 min insan koronavirusa yoluxub ki, onların 23 min 749 nəfəri həyatını itirib. 110 milyon əhalisi olan ölkədə təxminən 2,1 milyon insan hər iki dozada peyvənd olunub.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zaxarovadan Qriqoryana CAVAB

  • 26.06.2024 - 20:10
image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14
image

Təkliyin insana 5 faydası

  • 24.06.2024 - 12:39