Bazar, 28 Aprel

Köçəryan hələ də Şuşanın necə alındığını düşünür: “Bu anlaşılmazdır!”

image

“Qarabağ müharibəsindəki məğlubiyyət araşdırılmalıdır”.

“RİA Novosti” xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti Robert Köçəryan bildirib.

Onun sözlərinə görə, erməni tərəfinin Qarabağdakı müharibədə məğlub olmamaq fürsəti olub.

"Birincisi, məğlubiyyətin qarşısını alma ehtimalı var idi. Bu müharibə sadəcə bivec idarə olunub. Davanı dayandırmaq haqqında Rusiya prezidentinin təşəbbüsü, səhv etmirəmsə, oktyabrın 19-da olmuşdu".

Köçəryan “RİA Novosti”, “Sputnik Armeniya” və RT-yə verdiyi ortaq müsahibəsində bildirib ki, erməni tərəfi tamamilə anlaşılmaz səbəblərə görə Putinin təklifini rədd edib. Hökumət başçısı Nikol Paşinyan səhv başa düşüləcəyini və “xain” adlandırılacağını əsas gətirib. “O dövrdə razılığa gəlsəydik, çox şey itirməzdik. Paşinyana gəlincə, ona hələ də “xain” deyirlər və daha böyük həvəslə".

Hərbi əməliyyatlardakı uğursuzluğun səbəblərindən danışarkən, Köçəryan deyib ki, “Tamamilə anlaşılmaz qərarlar qəbul edilib və bu o qədər anlaşılmaz olub ki, burada başqa razılaşmaların, xəyanətin olub-olmaması şübhəsi yaranır və bu, artıq sui-qəsd nəzəriyyələrinə aid bir şeydir”.

O əlavə edib: "Bu cür şübhələr hələ də qalmaqdadır. Sadəcə seçkilərdən sonra hərtərəfli araşdırma aparmaqla, onlar aradan qaldırılmalıdır. Şuşanın necə təslim edildiyi tamamilə anlaşılmazdır. Şəhərin müdafiəsi ilə bağlı bəzi qərarlar aydın deyil. Hadrutun necə təslim edildiyi də. Praktiki olaraq müqavimət görmədən Azərbaycan qoşunlarının yük maşınlarında Hadrutdan Şuşaya necə getdiyi aydın deyil. Tamamilə anlaşılmaz bir hekayətdir, bu suallara cavablar verilməlidir".

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39