Cümə axşamı, 27 İyun

Messi Amerika Kubokunda qızıl buts geyinəcək

image

“Adidas” şirkəti Messinin qarşıdan gələn Amerika Kubokunda geyinəcəyi butsları təqdim edib. 

Xəbər verilir ki, butsun modeli Triunfo Dorado (“Qızıl Zəfər”) adlanır və ağ, qara və qızılı rənglərdə hazırlanır və argentinalının adı dabanında yazılıb.

Amerika Kuboku iyunun 20-dən iyulun 14-dək ABŞ-da keçiriləcək. Argentina millisi qrupda Kanada (21 iyun), Çili (26 iyun) və Peru (30 iyun) ilə oynayacaq.

İyunun 13-də Messi Amerika Kubokunda iştirak etdiyi üçün Olimpiadanı buraxacağını açıqlamışdı. “Hazırda Olimpiada haqqında düşünmək çətindir, çünki biz Amerika Kubokundayıq. Ardıcıl iki-üç ay olacaq ki, klubda olmayacağam, üstəlik, hər yerdə oynaya biləcək yaşda deyiləm. Diqqətlə seçim etməliyəm və ard-arda iki turnir oynamaq həddən artıq çox olardı”.

Bu yarışda Şimali, Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyasından (CONCACAF) 6 komanda və Cənubi Amerika Futbol Konfederasiyasından (CONMEBOL) 10 komanda iştirak edəcək. Adətən turnir yalnız 1993-cü ildən KONMEBOL ölkələrinin komandalarının iştirakı ilə keçirilir, yarışa digər konfederasiyalardan, ən çox isə CONCACAF-dan iki komanda dəvət olunur.

İlk dəfə olaraq Amerika Kuboku iyulun 14-də Almaniyada başa çatacaq Avropa çempionatı ilə eyni vaxtda keçiriləcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Zaxarovadan Qriqoryana CAVAB

  • 26.06.2024 - 20:10
image

Azərbaycan nefti ucuzlaşıb

  • 26.06.2024 - 13:14
image

Təkliyin insana 5 faydası

  • 24.06.2024 - 12:39