Bazar ertəsi, 20 May

Rusiyada azərbaycanlı gənci öldürən polis sərbəst buraxıldı

image

Müstəntiqlər Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin göstərişinə əsasən, mayın 28-də azərbaycanlı Vəkil Yaqub oğlu Abdullayevin başına təsadüfən atəş açan polis məmuru Aleksandr Qusyevi həbsdən azad ediblər.

Xəbər verilir ki, bu barədə Rusiya İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko məlumat verib.

“Bu gün İstintaq Komitəsinin sədrinin tapşırığına əsasən, müstəntiq polis barəsində həbs qətimkan tədbirini dəyişərək başqa yerə getməmək və lazımi davranış haqqında iltizam seçib.

Xatırladaq ki, hadisə mayın 28-də baş verib. Hərəkətdə olan “Toyota” avtomobilini saxlayan yol polisi əməkdaşları maşındakı gəncləri polis bölməsinə aparmağa cəhd ediblər. Bu zaman polislərdən biri, baş leytenant Aleksandr Qusyev yoldaşını polislərin əlindən almağa çalışan 19 yaşlı Vəkil Abdullayevin başından güllə ilə vurub. V.Abdullayev xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, hadisədən sonra sosial şəbəkələrdə birmənalı olmayan fikirlər səsləndirilib. Belə ki, bir qism istifadəçilər polisin silah çıxarmasına ehtiyac olmadığını, digər qism isə vəzifəsini yerinə yetirdiyini bildirib.

Maraqlıdır ki, digər xalqların nümayəndələrinə qarşı dözümsüzlüyü vəkillər, media əməkdaşları da göstərdi. Belə ki, vəkil Pavel Yarovoy jurnalistlərə açıqlamasında Vəkil Abdullayevi qətlə yetirən polis haqqında çox sərt tədbir görüldüyünü bildirmişdi.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41