Bazar, 28 Aprel

Rüşvətxor atanın layiqli davamçısı - Çeşmi Hacıyeva

image

İyunun 1-də Azərbaycan Dillər Universitetinin rektoru Kamal Abdulla özünə yeni müşavir təyin edib. Yeni təyinata uyğun olaraq bu gündən etibarən rektorun multikulturalizm məsələləri üzrə müşaviri Çeşmi Hacıyeva olacaq.

Xatırladaq ki, Çeşmi Hacıyeva bir müddət əvvəl rüşvət qalmamaqalı ilə gündəmə gələn İqtisad Universitetinin sabiq rektoru, hazırda isə Yeni Azərbaycan Partiyasının Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyevin doğmaca qızıdır. O, eyni zamanda Səttar Möhbalıyevin bacısı oğlu, Akstafa rayonun icra başçısı Seymur Orucovun da arvadıdır.

Çeşmi Hacıyeva təhsilini Şəmsəddin Hacıyevin ailə şirkətinə çevirdiyi İqtisad Universitetində alıb. Təhsilini başa vurduqdan sonra Çeşmi Hacıyeva atasının “dəstəyi” ilə 2011-ci ildə yaradılmış Xüsusi İstedadlar fakültəsinin dekanı vəzifəsinə təyin olunub. Yeganə istedadı rektor qızı olmaqdan ibarət olan Çeşmi Hacıyeva 2014-cü ilədək bu vəzifəni icra edib.

Çeşmi Hacıyeva gələcək həyata yoldaşı Seymur Orucovla da elə İqtisad Universitetində tanış olub. Seymur Orucov 2014-cü ilədək universitetdə tərbiyyə işləri üzrə prorektor vəzifəsini icra edib. Seymur Orucov icra başçısı təyin olunmamışdan əvvəl YAP gənclər təşkilatının sədri olub. O, Şəmsəddin Hacıyevin rüşvət və maliyyə maxinasiyalarında adı çəkilən əsas şəxslərdən biridir. Belə ki, İqtisad Universitetinin Dərbənd korpusu ilə bağlı baş verən maliyyə fırıldaqlarında və korrupsiya faktlarında Seymur Orucovun da adı hallanırdı.

Şəmsəddin Hacıyevin maliyyə fırldaqları və rüşvət məsələsi ilə bağlı vəzifədən uzaqlaşdırılması ilə Seymur Orucovun da Universitetdəki fəaliyyəti sona çatıb. Atasının vəzifədən azad olunduqdan sonra Çeşmi Hacıyeva Universitetin yeni rektoru Ədalət Muradovun tapşırığı əsasında vəzifəsindən azad edilib.

Vəzifəsini itirən rektor və qızına isə Prezident Administrasiyasının keçmiş şöbə müdiri Əli Həsənov sahib çıxıb. Belə ki, Əli Həsənovla yaxın münasibətləri və hətta qohumluq əlaqələri olduğu bilinən Hacıyevlər yeni vəzifələrə gətiriliblər. Əli Həsənovun kurasiyasında fəaliyyət göstərən Şəmsəddin Hacıyev deputat mandatı əldə edərkən, qızı Çeşmi Hacıyeva da Maştağada bağça müdirəsi kimi işləməyə başlayıb.

Təhsil sahəsindən bir müddətlik uzaqlaşan Çeşmi Hacıyeva özünün biznes sahəsində yoxlamağa qərar verib. Belə ki, istixana biznesi ilə məşğul olan Çeşmi Hacıyeva 2020-ci ildə “Azəri Qaz”a 115 min manatlıq bocu ilə gündəmə gəlib. Həmin ərəfələrdə Çeşmi Hacıyevanın adı bir digər qalmaqalda da hallanırdı. Belə ki, Seymur Orucov həyat yoldaşı Çeşmi xanımın ad günündə ona dəyəri 350 min manat olan 10 NK 200 dövlət nömrə nişanlı “GMC Yukon Denali” markalı avtomobil hədiyyə edib.  

Görünən odur ki, ərini soy adını bəyənməyən Çeşmi Hacıyeva yenidən təhsil sahəsinə qayıtmağa qərar verib. O, bu dəfə Azərbaycan Dillər Universitetində özünə yer tapıb. Qısa müddətdə istixana biznesindən rektor müşavirliyinə qədər yüksələn Çeşmi Hacıyeva, burda da atasından qalma “peşəsini” layiqincə davam etdirməyi hədəfləyir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39