Şənbə, 27 Aprel

Bu ölkədə beş əsgərin ölümündən sonra hərbi təlimlər dayandırılıb

image

Polşa Müdafiə Nazirliyi Tatra dağlarında dağ təlimi zamanı xüsusi təyinatlı əsgərin həlak olması ilə əlaqədar ölkədə partlayıcı maddələr və hərbi texnikadan istifadə edilən bütün hərbi təlimlərin dayandırılması barədə əmr verib.

Xəbər verilir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Nazirlik xüsusi təyinatlı əsgərin hansı şəraitdə ölməsi ilə bağlı araşdırmalara başlayıb.

Tatra dağlarında baş verən insident mart ayında keçirilən hərbi təlimlər zamanı ardıcıl beşinci ölümdür. Martın 5-də zirehli qüvvələrin təlim mərkəzinin poliqonunda piyadanın döyüş maşınının vurulması nəticəsində iki əsgər həlak olub. Martın 25-də Slaskie Voyevodalığında poliqonda trotilin partlaması nəticəsində iki istehkamçı həlak olub.

Polşa Müdafiə Nazirliyi aydınlaşdırıb ki, təlimlərin dayandırılması barədə sərəncam xarici missiya və əməliyyatlarda iştirak etməyə hazırlaşan strukturların həyata keçirdiyi fəaliyyətlərə, eləcə də Ukrayna əsgərlərinin təliminə təsir etməyəcək.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39