Bazar ertəsi, 29 Aprel

Azərbaycanda bu sahələrdə qadınların işləməsi qadağandır? - AÇIQLAMA

image

Azərbaycan Respublikasının Konstitusiyasında qadın və kişilərin eyni hüquq və azadlıqlara malik olduqları, hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünəfəaliyyət növü, peşə və iş yeri seçmək hüququnun olduğu qeyd edilir. 

Başqa bir qanun isə Azərbaycan qadınlarının peşə seçimi ilə bağlı bəzi ayrı-seçkiliklərə məruz qalmasına səbəb olur. Qanunlardakı bu ziddiyyətli hal Nazirlər Kabinetinin 1999-cu il 20 oktyabr qərarı ilə təsdiq edilmiş “Qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalatların, peşələrin (vəzifələrin), habelə yeraltı işlərin siyahısı” qanunu ilə ortaya çıxıb. Sözügedən qərara əsasən qadınlara müəyyən peşə sahələrində işləmək qadağan edilib. 

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov bildirib ki, bununla bağlı Nazirlər Kabineti tərəfindən 1999-cu ildə peşələrin siyahısı Əmək Məcəlləsinə əlavə edilib:

“Azərbaycan Respublikasında 1994-cü ildə mərhum prezident Heydər Əliyevin 15 aprel 122 saylı fərmanı ilə, Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında qanun imzalanıb. Həmin qanundan çıxış edərək, Nazirlər Kabineti 1999-cu il 20 oktyabr tarixində qadın əməyinin tətbiqi qadağan olunan, əmək şəraiti zərərli və ağır olan istehsalat sahələrinin, peşələrinin habelə yeraltı işlərin siyahısını təsdiq edərək, Əmək Məcəlləsinə əlavə şəkildə qüvvəyə mindirilib”. 

Hüquqşünas deyib ki, 2023-cü ilin 1 iyun tarixindən isə bu siyahı artıq qüvvədən düşüb:

“Qeyd edim ki, bu siyahı 31 may 2023-cü il tarixli Azərbaycan Respublikası Baş nazirinin müvafiq qərarı ilə qüvvədən düşmüş hesab olunmuş və 1 iyun 2023-cü ildə qərar rəsmi qaydada dərc olunmaqla, qüvvəyə minməsi təmin olunub. Hal-hazırda Azərbaycan Republikası ərazisində qadınların əməyini qadağan edən peşə sahəsi yoxdur”. 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55