Şənbə, 27 Aprel

Vulkana görə fövqəladə vəziyyət elan olundu - YENİLƏNİB

image

Reykjanes yarımadasında növbəti - dekabrdan bəri dördüncü vulkan püskürməsindən sonra İslandiyanın cənubunda fövqəladə vəziyyət elan edilib.

Xəbər verilir ki, lava əhalisi təxliyə edilmiş kiçik Qrindavik şəhərinin şərqinə çatıb.

Qeyd edək ki, vulkan püskürməsi dünən yerli vaxtla saat 20.00-da başlayıb. İslandiya Meteorologiya İdarəsi püskürən lavanın həcminin və lava axınının sürətinin hazırda azalmasının müşahidə olunduğunu açıqlayıb. İslandiyanın mülki müdafiə qurumunun direktoru Vidir Reynisson lava axınına qarşı mümkün olan hər şeyin edildiyini, ancaq ən böyük narahatlığın lavanın infrastruktura təsir ilə bağlı olduğunu qeyd edib.

xxx

08:59

İslandiyanın Reykyanes yarımadasında dörd ay ərzində dördüncü dəfə vulkan püskürüb.

Xəbər verilir ki, bu barədə İslandiya Meteorologiya Mərkəzi (IMO) məlumat yayıb. Təbiət hadisəsinə görə Qrindavik şəhərinin sakinləri və turistlər təxliyə edilib.

Qeyd edək dekabr ayında baş verən ilk vulkan püskürməsi nəticəsində 3 ev lavanın altında qalıb.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39