Bazar ertəsi, 20 May

Arvadını öldürən hakimin vəkilindən AÇIQLAMA

image

Dünən gecə saatlarında arvadını güllələyərək öldürən hakim Fəqan Əhmədovun vəkili hadisə ilə bağlı açıqlama verib.

Verilən xəbərə görə, Vəkil Ceyhun Yusifov bildirib ki, F.Əhmədov arvadı Pərvanə Əhmədovanı qəsdən öldürməyib: “Hadisə məhz ehtiyatsızlıqdan baş verib. Bununla bağlı istintaq getdiyi üçün geniş açıqlama verə bilmərik”.

İddia olunur ki, F.Əhmədov yeni bağ evi tikdirib və qətlin baş verdiyi həmin evə yeni köçüblərmiş. Dünən axşam saatlarında da evində məclis keçirən Fəqan Əhmədov spirtli içki qəbul edib. Hadisə baş verərkən hakimin içkili olduğu iddia edilir.

Rəsmi məlumata görə, F.Əhmədov arvadını qəsdən öldürdüyü üçün Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, 1976-cı il təvəllüdlü Fəqan Rövşən oğlu Əhmədov 2016-cı ildən Sabunçu Rayon Məhkəməsinin hakimidir. Cütlüyün 3 övladı var.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah 25 dərəcə isti olacaq

  • 20.05.2024 - 10:06
image

Zelenski Xarkova getdi

  • 16.05.2024 - 16:41