Bazar, 28 Aprel

2024-cü ilin ən yaxşı qadın avtomobili bəlli oldu - FOTO

image

2024-cü ilin ən yaxşı “qadın avtomobili” seçilib.

Bu dəfə sürücülərin rəğbəti böyük elektromobilin - yeddi nəfərlik “KIA EV9”un tərəfində olub.

Qadınların Ümumdünya Avtomobili (WWCOTY) müsabiqəsinin münsiflər heyətinin üzvləri olan avtomobil jurnalistləri Cənubi Koreya krossoverini geniş salona, ​​təsirli aerodinamikaya, qabaqcıl dizayna və sürətli enerji dolumuna görə tərifləyiblər. Avtomobilin 240 kilometr məsafəyə gedişini təmin etmək üçün 15 dəqiqəlik enerji təchizatı kifayətdir.

2024 Ümumdünya Qadın Avtomobili 52 ölkədən 75 qadın jurnalist tərəfindən seçilib. Həmçinin, “Volvo EX30”  ən yaxşı ailə avtomobili, “BMW 5-Series” ən yaxşı böyük avtomobil, “Volkswagen Amarok” ən yaxşı tam ötürücülü avtomobil, “Aston Martin DB12” ən yaxşı eksklüziv avtomobil kimi tərcih edilib.

Qeyd edək ki, “KIA EV9” həm də ən yaxşı böyük krossover adını qazanıb.

Xatırladaq ki, yeddi yerlik “KIA EV9” keçən ilin yazında debüt edib. Beş metrlik kuzova malik avtomobil üç versiyada təklif olunur: 204 və 218 at qüvvəli bir mühərrikli və 385 at qüvvəli iki mühərrikli. Sonuncu sıfırdan saatda 100 kilometrə 5,3 saniyəyə sürətlənir. Ən zəif mühərrikə malik olan ən uzun mənzilli “Long Range” versiyasının gediş məsafəsi 541 kilometrdir. Standart avadanlığa adaptiv kruiz-kontrol və 10 təhlükəsizlik yastığı daxildir.

Avtomobilin ABŞ-də qiyməti 54 900 dollardan başlayır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39