Şənbə, 27 Aprel

Dünyanın ən çox ziyarət edilən şəhərləri bunlardır

image

2023-cü ilin “Dünyanın ən çox ziyarət edilən şəhərləri” siyahısında, Türkiyənin iki şəhəri ilk beşlikdə yer alıb.

Xəbər verilir ki, beynəlxalq araşdırma şirkəti “Euromonitor International” 2023-cü ildə ən çox ziyarət edilən şəhərləri açıqlayıb.

Siyahıda birinci yeri İstanbul tutub.

18 milyon 800 min ziyarətçi ilə London ikinci, 16 milyon 800 min ziyarətçi ilə Dubay üçüncü yeri tutub.

Antalya 15 milyon 700 min ziyarətçi ilə siyahıda dördüncü yerdə qərarlaşıb.

Reytinqdə Honq Konq geri düşüb. Koronavirus epidemiyasından əvvəl müntəzəm olaraq dünyanın ən çox ziyarət edilən şəhəri seçilən Honq Konq bu dəfə 6-cı yerdə qərarlaşıb.

Sıralamada TOP10 şəhər aşağıdakı kimidir:

1.İstanbul (Türkiyə),

2.London (İngiltərə),

3.Dubay (Birləşmiş Ərəb Əmirlikləri),

4.Antalya (Türkiyə),

5.Paris (Fransa),

6.Honq Konq (Çin),

7. Banqkok (Tayland),

8. Nyu-York şəhəri (ABŞ),

9.Kankun (Meksika),

10. Məkkə (Səudiyyə Ərəbistanı)

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39