Bazar ertəsi, 29 Aprel

Rusiya şəhərlərinə kütləvi dron hücumu – Müdafiə Nazirliyi açıqlama yaydı

image

Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, martın 9-na keçən gecə 41-i Rostov vilayəti , qalanları Volqoqrad, Kursk və Belqorod vilayətləri üzərində olmaqla Ukraynaya məxsus 47 pilotsuz aparatı vurularaq məhv edilib. 

Rostov vilayətinin qubernatoru Vasili Qolubevin sözlərinə görə, pilotsuz təyyarənin hücumu nəticəsində ölən olmayıb. Zərbələrin nəticələrinin aradan qaldırılmasında iştirak edən Fövqəladə Hallar Nazirliyinin əməkdaşı yaralanıb. O, xəstəxanaya yerləşdirilib.

Vilayət qubernatoru Roman Starovoyt yazıb ki, Kurskda vurulmuş Ukrayna pilotsuz təyyarəsinin qalıqları klinikanın damına düşüb. Xəsarət alan olmasa da, partlayış təhlükəsi səbəbindən xəstələr yaxınlıqdakı reanimasiya şöbəsindən təxliyə edilib.

Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukraynanın pilotsuz təyyarələri mütəmadi olaraq Rusiya bölgələrinə uçuşlar həyata keçirir. Nəticədə çoxsaylı dağıntı və tələfat baş verib Rusiya Müdafiə Nazirliyi hücumların Ukrayna tərəfdən həyata keçirildiyini iddia edir. Əksər hallarda Kiyev bu açıqlamaları şərh etmir.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39