Bazar ertəsi, 29 Aprel

Hüseyn Əzizoğlunun restoranında bıçaqlanma: Saxlanılan var - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB

image

"Bununla bağlı hazırda müvafiq polis orqanında təhqiqat araşdırması aparılır. Əməli törədən şəxs müəyyən olunaraq saxlanılıb".

Bu sözləri açıqlamasında DİN Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev bildirib.

O əlavə edib ki, zərərçəkmişin xəsarətlərinin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub:

"Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək".

***10:11

Bakının Yasamal rayonunda yerləşən “Papaq” restoranında bıçaqlanma ilə nəticələnən dava düşüb. 

Məlumata görə, hadisə zamanı bir nəfər bıçaqlanıb. 

DİN Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev saytımıza bildirib ki, dava olması barədə daxil olan müraciət əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, “Papaq” restoranlar şəbəkəsinin sahibi bir vaxtlar tanınmış bloqer olan Hüseyn Əzizoğludur.
***08:14

Bakının Yasamal rayonunda restoranda dava düşüb.

Hadisə “Papaq” restoranında qeydə alınıb.

Belə ki, 2001-ci il təvəllüdlü Yaqubov Aqil Anar oğlu restoranda qardaşı ilə mübahisə edən şəxslərlə əlbəyaxa olub.

Həmin vaxt o, bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktı Yasamal Rayon Polis İdarəsinin 26-ci Polis Bölməsinin əməkdaşları araşdırır.

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39