Bazar, 28 Aprel

Dünya və Avropa çempionundan Ronaldoya sərt MESAJ: “Qoy sussun”

image

"Çelsi"nin və Fransa millisinin keçmiş futbolçusu Frank Lebef Kriştianu Ronaldonun Liqa 1 ilə bağlı dediyi sözlərə qəzəblənib.

Məlumata görə, “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanı çempionatının Fransa Liqa 1-dən daha rəqabətli olduğuna inandığını bildirib. Frank Lebef bu fikirdən əsəbiləşdiyini bildirib.

“Kriştiano deyir ki, Lionel Messi Liqa 1-də oynayıb. Mən ona bir oyunçu kimi çox hörmət edirəm, amma o, susmalıdır! Bu, Liqa 1-ə qarşı ədalətsizlikdir”, –dünya və Avropa çempionu söyləyib.

Frank Lebef onu da əlavə edib ki, Ronaldo heyətində olmasa, Portuqaliya millisi Avro 2024-ü qazana bilər.

“Məncə, Portuqaliya əslində bu yay Avropa Çempionatını qazanmağa iddialılardan biridir. Mən, həqiqətən, onların Avro-2024-ü qazana biləcəyini düşünürəm, ancaq Kriştiano Ronaldo oynamasa. İdmanı yeni səviyyəyə qaldırdığı üçün ona təşəkkür etmək istəyirəm, amma hər şey sona çatır", - Lebef deyib.

Lebef tənqidi şərhləri ilə tanınır. Əvvəllər o, Neymarı simulyasiya etməkdə günahlandırıb, eyni zamanda “Çelsi”nin bu mövsümdəki çıxışından da mənfi danışıb.
 

Azadsoz.com

Paylaş:

Digər xəbərlər

Xəbər lenti

image

Sabah hava necə olacaq?

  • 27.04.2024 - 10:57
image

Mayda bu 3 bürc varlanacaq

  • 26.04.2024 - 21:42
image

Blinken Szinpinlə görüşdü

  • 26.04.2024 - 14:55
image

Sabah 31 dərəcə isti olacaq

  • 24.04.2024 - 10:39